Nərimanov rayonu ərazisində qaz kəmərində yaranmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 18.02.2020-ci il tarixində saat 14:00-dan işlər yekunlaşanadək qaz təchizatında məhdudiyyət olacaqdır.
Bineqedi.info saytına verilən məlumata görə, bununla əlaqədar Binəqədi rayonu, 8-ci mkr Ə.Naxçıvani küçəsi, Azadlıq prospektinin sağ hissəsi, Varovski, M.Davudoğlu küçəsi və Dərnəgül yaşayış massivinin bir hissəsində müvəqqəti olaraq qaz kəsiləcək.