Bakıda əcnəbi vətəndaşın pulu və telefonunu oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da əcnəbi vətəndaşa məxsus 300 manat, 1 550 lirə, 280 lari pulu və mobil telefonu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.