Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xanım əməkdaşları Birliyin rəisi Elmin Zamanov və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediliblər.
Bineqedi.info saytı xəbər verir ki, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov xanımları təbrik edib, bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğunu bildirib.
Elmin Zamanov milli-mənəvi dəyərlərin yaşadılmasında Azərbaycan qadınlarının misilsiz xidmətlərinin olduğunu qeyd edib.
Görüşdə Birliyin səmərəli fəaliyyətində qadınların da böyük əməyinin olduğu vurğulanıb.