Bu yollarda postlar quruldu – Bakıya gələnlərin qeydiyyatı necə müəyyən ediləcək?

0
54
post-patrul-bakiya-giris

Bu gecə saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin və həmin avtomobillərin sərnişinlərinin girişi dayandırılacaq.

Bineqedi.info saytının məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək.

E.Zahidov Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna ara yollarla daxil ola bilmənin mümkünlüyü barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna aparan əsas magistral yollardan başqa ara yollarda da polis postları qurulub və həmin yollar da bağlı olacaq.

DİN sözçüsü onu da bildirib ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qeydiyyatında olan avtomobillər və vətəndaşlar digər şəhər və rayonlara sərbəst gedib-qayıda bilərlər.

E.Zahidov vətəndaşlardan Operativ Qərargahın məlum qərarına ciddi şəkildə riyaət etməyi xahiş edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

“Postlarda yeni şəxsiyyət vəsiqələrinin oxunması üçün texniki vasitələrdən istifadə olunacaq”.
Bunu isə qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Bakıya giriş-çıxışın qadağan olunması ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirərkən deyib. Vaqif Əsədovun sözlərinə görə, yeni pasportlarda ünvanları oxumaq üçün lazım olacaq texniki vasitələr artıq hüquq-mühafizə orqanlarına verilib:
“Bunu qərarı verən təşkilat bilir. Vətəndaşların əksəriyyətinə yeni pasportlar verilib. O pasportları oxumaq üçün xüsusi texniki vasitələr var. Həmin texniki vasitələr Asan Xidmət, hüquq-mühafizə orqanları və bir çox aidiyyatı yerlərə verilib. Bu texniki vasitə postlarda qoyulacaq və hər bir vətəndaşın sənədi yoxlanılacaq. Heç kəs narahat olmasın. Sadəcə, verilən tövsiyyələri elə pasportsuz yerinə yetirməyə çalışaq”.
Vaqif Əsədov hər kəsi bu tövsiyyəyə əməl etməyə səsləyib:
“Biz istəyirik ki, bunu insanlar narazılıqla qarşılamasınlar. Mövcud vəziyyəti təhlil etməyə bizə yardımçı olsunlar. İnşallah, aprelin 1-dən sonra qapılarımız açıq olacaq, kim istəyir onda gələr”.
Əvvəlki məqaləKamaləddin Qafarov: “Azərbaycanda əhalinin sosial rifahı davamlı şəkildə yüksələcək”
Növbəti məqalədəƏlləri spirtlə təmizləyək, ya yox ? – İnfeksionistdən açıqlama