2019-cu il iyun ayının 19-da Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.
Bineqedi.info-ya verilən xəbərə görə, qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənildikdən sonra, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verib.