Binəqədi Rayon İcra Hakimiyyətindən tənha və aztəminatlı ailələrə diqqət

0
47

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə nümayəndəsi Namil Məmmədov, təbliğat qurupunun üzvlərinin iştirakı ilə rayon ərazisində yaşayan tənha və aztəminatlı sakinlərə müxtəlif çeşidli ərzaq bağlamaları və yoluxucu xəstəlikdən qorunmaları üçün gigiyenik vasitələr çatdırılıb.

Bineqedi.info saytına verilən məlumata görə, eyni zamanda sakinlərə koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə də ətraflı məlumat verilib.

Bineqedi.info

resulzade-qesebesi

Əvvəlki məqaləBinəqədidə qadın birgə yaşadığı kişini bıçaqladı – Təfərrüat
Növbəti məqalədəAprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur – RƏSMİ