Koronavirusa yoluxanların Bakı və rayonlar üzrə statistikası açıqlandı – SİYAHI

0
44

Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.

Bineqedi.info saytı Koronainfo.az-a istinadən xəbər verir ki, pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

Bakının digər rayonları üzrə göstəricilər:

Xətai rayonu – 13,  Səbail rayonu- 10, Qaradağ rayonu – 9, Sabunçu rayonu – 7, Suraxanı rayonu – 5, Pirallahı – 2, Xəzər rayonu – 3, Nizami rayonu – 2, Qeyri-müəyyən – 6

Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan  98 nəfəri isə ölkə xaricindən gələnlərdir. 

Digər bölgələr üzrə göstəricilər:

Salyan – 12, Qusar – 9, Tovuz – 5, Neftçala – 4, Astara – 3, Naftalan – 3, Daşkəsən – 3, Füzuli – 3, Xaçmaz – 3, Zaqatala – 3, Ucar – 3, Ağdam – 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar – 1.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. Məlumatlar  koronavirusinfo.az saytında yayımlanıb.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə koronavirus əleyhinə tədbirlərdə polislər də nümunəvi xidmət göstərir…
Növbəti məqalədəİcazəsiz evdən çıxanları nə qədər həbs gözləyir? – AÇIQLAMA