Bakıda maşınqayırma zavodunda oğurluq hadisəsi baş verib.
Bineqedi.info saytı “report”a istinadən xəbər verir ki, hadisə aprelin 13-ü saat 11:30 radələrində Binəqədi şossesində yerləşən maşınqayırma zavodunun həyətindəki sexdə baş verib. Belə ki, naməlum şəxslər həmin sexdən 600 manat dəyərində 4 ədəd aluminium pəncərələri sökülərək oğurlayıblar. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü A.Hacıməmmədov, 1994-cü il təvəllüdlü M.Həmzətov və 1991-ci il təvəllüdlü T.Tehruzlu müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdıma aparılır.