Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon ərazisində “KİA” markalı avtomobildən 1000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş T.Mehdiyev saxlanılıb.
Bineqedi.info DİN-ə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun əvvəllər məhkum olunmuş E.Musayevlə birgə altı evdən, habelə bir mağazadan məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyənləşdirilib. Görülmüş tədbirlərlə E.Musayev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.