Aprelin 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərilib.
Bineqedi.info saytına verilən məlumata görə, gündəlik tələbat mallarında ibarət olan 1 200 ədəd ərzaq bağlaması paytaxtın Yasamal rayonunda – Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1800 ədəd ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilib.
Bineqedi.info