Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə əlaqədar evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə, qayğıya ehtiyacı olan aztəminatlı ailələrə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən köməklik göstərilməsi işləri davam etdirilir.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, BRİH başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonda fəaliyyət göstərən bələdiyyələrin,rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərin (Altis Qrup of Kompani, Xırman MMC, Akabe İnşaat, Avrora MMC, Bizim Market, Tayqa market, İvanovka süd məhsulları, Zəngəzur restoranı, Monte Kristo Şadlıq evi, Royal şadlıq evi, Kəmalə Nərmin Şadlıq evi,Mətin şadlıq sarayı,”Cratos Hall”, “Fərid” Şadliq Sarayi, Simfoniya şadlıq evi, 14 saylı Yol İstismarı MMC, “Sevil” Dekorasyon Banyo, “Məmmədoğulları”MMC,“Komfort-S” MMC, BMG tikinti şirkəti, BRİGXTMAN MMC,) könüllü iştirakı ilə qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 20 aprel 2020-ci il tarixinədək tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən aksiya davamlı xarakter daşıyır və bu günə qədər Binəqədi rayonu ərazisində 1500-dən çox ailəyə ərzaq yardımı edilib.