8-ci mikrorayonda gizli fəaliyyət göstərən restoran aşkar edildi – Fotolar

0
104
sekkizinci-mikrorayon

Binəqədi rayonu 8-ci mikrorayon, Azadlıq prospekti 174 ünvanında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda yerləşən “Pink-House” restoranının sahibi Pərviz Hüseynov və obyektin inzibatçısı Seyran Əsgərzadənin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı P.Hüseynov, S.Əsgərzadə və orada olan 8 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və inzibatçı rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 200 və 100 manat məbləğində cərimə edilib. Müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat cərimə olunublar.

Bineqedi.info

karantin-kafe

Əvvəlki məqaləProkurorluq: “Binəqədidə adam öldürən şəxslərin məsuliyyətindən azad olunmalarına dair məlumatlar əsassızdır”
Növbəti məqalədəBinəqədidə quldurluq edən şəxs saxlanıldı