Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.
Bineqedi.info saytı paytaxtın Binəqədi rayon sakini Cəfərova Gülnara Natiq qızının Prezindentə ünvanladığı məktubu təqdim edir:
“Hörmətli cənab Prezident.
Bu ölkənin vətəndaşı olaraq Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Bu çətin vəziyyətdə xalqımızın qayğısına necə qaldığınızı bütün dünya açıq-aydın görür. Siz xalqın yanında olduqca, xalq da Sizin yanınızdadır. Siz bizə ulu öndər Heydər Əliyevin yadigarısınız. Allah Sizi və ailənizi qorusun.
Şükürlər olsun ki, hazırki pandemiya dövründə bütün ailə üzvlərimiz sağ və salamatdır. Bunun əsas səbəbi bu çətin dövrdə Sizin digər dövlətlərdən fərqli olaraq operativ, yerində və vaxtında atdığınız addımlardır. Ən əsası da odur ki, bu ağır vəziyyətdə bəzi məmurların rüşvətxorluğuna da göz yummadınız, onları vaxtında cəzalandırdınız.
Var olun, əziz Prezidentimiz! Biz Sizinləyik, Sizi çox sevirik.
Hörmətlə, Cəfərova Gülnara Natiq qızı”.