Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bineqedi.info saytı APA -ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü İlkin Şəfiyev mübahisə zəminində qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.