Bakının Binəqədi rayonunda həyətdə yıxılan kişinin bədəninə dəmir parçası batıb.
Bineqedi.info saytı APA -ya istinadən xəbər verir ki, Hacıyev Sərvər Oruc oğlu həyətdə olarkən ehtiyatsızlıqdan yıxılıb. Bu zaman onun bədəninə dəmir parçası batıb. Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.