Binəqədi qəsəbəsindəki 205 nömrəli orta məktəb söküləcək və 960 şagird yerlik yeni məktəb tikiləcək.
Bineqedi.info xəbər verir ki, bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin Sərəncamında öz əksini tapıb.
Xatırladaq ki, Sərəncama əsasən, Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə əlaqədar 20 milyon manat ayrılıb. Bu vəsaitin 1 milyon 710 min manatı Binəqədi qəsəbəsində 960 şagird yerlik yeni məktəbin tikilməsi üçün nəzərdə tutulur.