Binəqədi rayonu ərazisində xətt avtobusunda sərnişinin pulqabını cibindən oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini Z.Xəlilovun içərisində 172 manat olan pulqabını cibindən oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Hacıyev saxlanılıb.