7-ci mikrorayonda sevgilisini öldürən şəxsin məhkəməsi başlayıb

0
29

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 2-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib. 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub. P.İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Əvvəlki məqalə“İDEA” İctimai Birliyinin gənc könüllüləri Binəqədidə tibbi maska paylayır – Fotolar
Növbəti məqalədəBinəqədidə karantin qaydaları ilə bağlı vaxt rejimini pozan restoran aşkarlanıb