“Qaçqınkom”dan Binəqədidəki tikilidən köçürülən məcburi köçkünlərlə bağlı AÇIQLAMA

0
84
mecburi-kockunler-ev

Xəbər verildiyi kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb. 

Bineqedi.info xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Komitənin vəzifəli şəxslərinin 2017-ci ildə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış çoxsaylı qaçqın və məcburi köçkün ailələrinə mənzillərin qanunsuz verilməsi üçün onlardan müxtəlif məbləğlərdə pulu dəfələrlə təkrar rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Məlumat üçün bildirək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qurumun əməkdaşlarının yol verdikləri qanunsuzluqlarla bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Komitəsindən “Report”a bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan hallar 2017-ci ildə baş verib.

“Paytaxtın Binəqədi rayonundakı Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış qaçqın və məcburi köçkün ailələr yeni mənzillərə 2017-ci ildə köçürülüb”, – “Qaçqınkom”dan bildirilib.

Bineqedi.info

Əvvəlki məqaləHəftəsonu market və apteklər işləməyəcək
Növbəti məqalədəBu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər – Daha bir rəsmi açıqlama