Binəqədidə karantin qaydalarını pozan internet klub aşkarlandı, 8 nəfər saxlanıldı

0
75
bineqedi-internet-klub.

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan internet klub aşkarlanıb.

Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi RPİ Post Patrul Xidməti və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 11-də Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində “Hooligans” internet klubunun sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi A.Bağırlı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Əvvəlki məqaləNazir “Son zəng”i çaldı – Video
Növbəti məqalədə“Vətəndaşların sağlamlığı ölkə başçısının fəaliyyətinin əsas istiqamətlərindəndir”