Bu gün 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə “Son zəng” təşkil olunub.
Bineqedi.info xəbər verir ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub. , Daha sonra teledərslərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edib. Bu tədris ilinin məzunları üçün son zəngi Təhsil naziri Ceyhun Bayramov məzun olduğu 8 nömrəli tam orta məktəbdə çalıb. Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirir.