Binəqədidə “Şahmat” və “Dama” birinciliyi keçirilib – Foto

0
126
bineqedi shaxmat yarisi

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü”nə həsr olunmuş “Şahmat” və “Dama” birinciliyi keçirilib.
Bineqedi.info saytının məlumatına görə, “Şahmat” birinciliyinin nəticəsinə əsasən 1-ci yeri “Qələbə” komandası , 2-ci yeri “6 mkr” komandası, 3-cü yeri “Səma” komandası tutmuşdur.Digər iştirakçılar fərqlənmə diplomu ilə mükafatlandırılmışdırlar.
“Dama” birinciliyinin nəticəsinə əsasən 1-ci yeri “Zİrvə” komandası, 2-ci yeri “Şahin” komandası, 3-cü yeri “Biləcəri” komandası tutmuşdur. Digər iştirakçılar fərqlənmə diplomu ilə mükafatlandırılmışdırlar.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar stadiona hərarətləri yoxlanılaraq və tibbi maskadan istifadə edərək daxil olublar. Tədbir, tamaşaçıların iştirakı olmadan təşkil olunmuşdur.

Bineqedi.info

Əvvəlki məqaləDeputatın təşəbbüsü ilə Binəqədidə tibbi maskalar paylandı
Növbəti məqalədəBinəqədidə “Futbol” birinciliyi keçirilib – Fotolar