Sürücü maska taxmadığına görə Binəqədidə radara düşüb? – AÇIQLAMA

0
47
yol polisi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə sürücüyə sükan arxasında maska taxmadığına görə radar vasitəsiylə cərimə yazıldığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bineqedi.info xəbər verir ki, BDYPİ-nin şöbə rəisi Kamran Əliyev report-un sorğusuna cavab olaraq bildirib ki, həmin sürücüyə – Saleh Mehdiyevə cərimə protokulunu yol polisi inspektoru yazıb:

“Cərimə protokulu ilə bağlı qərar çıxan kimi də həmin şəxsə SMS göndərilib. Bu isə elektron protokol demək deyil. Həmin qərarın nömrəsindən də görünür. Sürücü Saleh Mehdiyev Xırdalan-Binəqədi şosesində yol polisi ispektoru tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə) protokol yazılıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə S.Mehdiyev adlı sürücüyə sükan arxasında maska taxmadığına görə radar vasitəsi ilə cərimə yazılaraq telefonuna göndəridiyi barədə məlumtlar yayılıb. Cərimənin məbləği isə 50 manatdır.

Əvvəlki məqaləBinəqədidə sanitar-gigiyena qaydalarını pozanlar cərimələndi
Növbəti məqalədəBaşqasının şəxsiyyət vəsiqəsi ilə icazə alan şəxslər saxlanıldı