Binəqədidə “Pandemiya dövründə könüllülük fəaliyyətinin əhəmiyyəti” müzakirə olunub

0
43

Binəqədi RİH, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon təşkilatının Gənclər birliyinin təşəbbüsü ilə “Pandemiya dövründə könüllülük fəaliyyətinin əhəmiyyəti” adlı video-görüş keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, görüşdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, YAP Bİnəqədi RT GB-nin sədri Anar Əliyev, gənclər və könüllülər iştirak etmişdir. Görüşdə mövcud karantin rejimində könüllülük fəaliyyətinin əsas istiqamətləri və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı ictimai nəzarətin güclənməsi prosesində könüllülər də fəallıq nümayiş etdirməlidir. Çıxışlar bitdikdən sonra təkliflər dinlənildi.
Görüşün sonunda könüllülərdən ibarət mobil qrupların formalaşması və ictimai nəzarətin güclənməsinə öz töhvəsini verməsi qərara alınmışdır.

Bineqedi.info

bineqedide-video-konfrans

 

Əvvəlki məqaləDünənki qoxu ilə bağlı analizlərin nəticəsi açıqlandı
Növbəti məqalədəBinəqədidə təmir sexində iki avtomobil yandı