Binəqədidə ər arvadını bıçaqladı

0
71

Binəqədidə ər həyat yoldaşını bıçaqlayıb.

Bineqedi.info  xəbər verir ki, hadisə rayonun 1-ci Mədən yaşayış massivində baş verib.

1986-cı il təvəllüdlü Qafarlı Ülviyyə Kamal qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Nəticədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub – FOTOLAR
Növbəti məqalədəBinəqədidə bir nəfəri döyüb xəstəxanalıq etdilər