Bu gün ölkənin bəzi bölgələrində içməli su olmayacaq.
Bineqedi.info xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artıb, Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Bununla əlaqədar gün ərzində Şirvan və Hacıqabul şəhərlərində, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.