7-ci mikrorayonda Abay Kunanbayevin barelyefinin açılışı olub – Fotolar

0
63
bineqedi-yeddinci-mikrorayon

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən Abay Kunanbayev adını daşıyan küçədə onun barelyefinin açılış mərasimi keçirildi.

Bineqedi.info-ya verilən məlumata görə, açılış mərasimində Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serzhan Abdykarimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Firuzə Ağayeva iştirak etmişlər.

bineqedi-yeddinci-mikrorayon-abay-kunanbayev
Mərasimdə ilk çıxış edən Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serzhan Abdykarimov qonaqları salamlayaraq, Qazaxıstan tarixində bir filosof, şair, pedaqoq, yeni milli ədəbiyyatın banisi, tərcüməçi və bəstəkar kimi parlaq iz buraxan böyük Abay Kunanbayev doğum gününə təsadüf edən xatirə lövhəsinin yenidən qurulması ilə bağlı anım tədbirində iştirakına görə hər kəsə təşəkkürünü bildirdi. O eyni zamanda, Bakı şəhərində küçələrdən birinə Abay Kunanbayevin adının verilməsinə görə Azərbaycan hökümətinə dərin təşəkkürünü bildirərək, bir-birilə sıx bağlı olan iki ölkə arasında qarşılıqlı münasibətlərdən danışdı.

bineqedi-yeddinci-mikrorayon-abay-kunanbayev1
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək, Qazaxıstan və Azərbaycanın ortaq genetik kökləri, adət-ənənələri, dili və dini olduğunu qeyd edərək, bu komponentlər iki qardaş ölkə arasındakı münasibətlərin əsasını təşkil etdiyini bildirmişdir.
Daha sonra çıxış edənlər XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Abay Kunanbayev (1845-1904) keşməkeşli, şərəfli bir həyat və sənət yolundan danışdılar.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə soyğunçuluq edənlər saxlanıldı
Növbəti məqalədəBinəqədinin daha bir qəsəbəsində mərkəzi küçə təmir edilib – Fotolar