Binəqədidə kişi naməlum şəraitdə bıçaqlandı

0
26
polis-masini-hebs-cinayet

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bineqedi.info saytı apa-ya istinadən xəbər verir ki, hadisə Xutor qəsəbəsi 15 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Adil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o, komatoz vəziyyətindədir.

Fakt Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Əvvəlki məqaləBinəqədinin daha bir qəsəbəsində mərkəzi küçə təmir edilib – Fotolar
Növbəti məqalədəBinəqədidə karantin qaydalarını pozanlar cərimələnib – Fotolar