Çərşənbə axşamı, Oktyabr 8, 2024
Ev Manşet

Binəqədidə karantin qaydalarını pozanlar cərimələnib – Fotolar

0
31

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən marketlər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bineqedi.info-ya verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi RPİ və 4-cü Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən “Al” və “Grand” marketlərin xidmət personallarının karantin qaydalarına zidd olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etmədikləri aşkar olunub.

Qanunverciliyə uyğun olaraq, onlardan 4 nəfər – obyektin icarədarı və işçiləri qanunverciliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Bineqedi.info
Əvvəlki məqaləBinəqədidə kişi naməlum şəraitdə bıçaqlandı
Növbəti məqalədəBinəqədidə soyğunçu qrup ələ keçdi