Bakıda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb.
Bineqedi.info saytı xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş H.Məlikovun, T.Əliyevin və V.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini E.Kazımovun 400 manat, 470 ABŞ dolları və 600 avro pulunu soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.
Bineqedi.info