Binəqədidə dirəkdən yıxılan kişinin onurğası sındı

0
73

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Bineqedi.info xəbər verir ki, hadisə rayonun Goradil kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Namazov Arif Qəşəm oğlu elektrik dirəyində işləyərkən ehtiyatsızlıqdan yerə yıxılıb. A.Namazov hadisə yerində ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən və onurğa sümüyünün sınığı, qarnının küt travması diaqnozları qoyulub.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə karantin rejimi qaydalarını pozan marketlər aşkarlanıb – Fotolar
Növbəti məqalədəKamran Əliyevdən sürücülərə müraciət