Binəqədi Rayon Binəqədi qəsəbə bələdiyyəsi və “EcoFront” xeyriyyə təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi qəsəbəsinin ərazisində yerləşən göl və gölətrafı ərazidə iməclik həyata keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, iməclik zamanı gölün ətrafı atılmış bir çox tullantı, eləcə də plastik qab və torbalardan təmizləndi.
Aksiyanın əsas məqsədi təbiəti maksimum dərəcədə bərpa edilə bilməyən qalıqlarından təmizləmək, eləcə də ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdən ibarətdir.
Bineqedi.info