15 sentyabr 2020-ci il tarixdə yeni dərs ilinin başlanması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə Binəqədi rayonunda fəaliyyət göstərən bir qrup məktəblərdə dərs ilinin Nazirlər Kabinetinin təsdiq etdiyi normativ qaydalara uyğun aparılması prosesi izlənildi.
Bineqedi.info-ya verilən məlumata görə, keçirilmiş baxışda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi humnaitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçi Elnur Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Arzu Tairquliyeva-Nağıyeva iştirak etdilər.
Müşahidələr zamanı təhsil ocaqlarında bütün gigiyenik lazimi vasitələrin təmin edilməsi və Nazirlər Kabinetinin təsdiq etdiyi qərarların icra vəziyyətinə xüsusi diqqət yetirildi.
Pandemiya dövrü ilə əlaqədar yeni tədris ili yeni formatda təşkil olundu. Belə ki, 15 sentyabr tarixində yalnız ibtidai siniflər dərsə başladı.
Bineqedi.info