Prezident İlham Əliyevin sosial-iqtisadi inkişafa, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Binəqədi rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur.
Bineqedi.info saytı xəbər verir ki, bütün bu işlərin davamı olaraq, sakinlərin boş zamanlarının səmərəli təşkil edilməsi məqsədilə 7-ci mikrorayon S.S.Axundov küçəsi 4/a və 11/b saylı binaların həyətlərində “Abad məhəllə”lərin salınması işləri davam etdirilir.
Layihə çərçivəsində binaların ətrafında yeni oturacaqlar qoyulacaq, ağaclar əkiləcək, işıqlandırma sistemləri yenilənəcək, idman avadanlıqları və uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif növ attraksionlar sakinlərin istifadəsinə veriləcək.
Binəqədi rayonunda aparılan geniş quruculuq işləri hər bir sakinin ürəyincədir.
Bineqedi.info