Yeni Azərbaycan Partiyası gənclərinin “İmkansız ailələrə qayğı” aksiyasına YAP Binəqədi rayon təşkilatının gəncləri də qoşulub. Bineqedi.info-ya verilən xəbərə görə, aksiya çərçivəsində rayon təşkilatı tərəfindən rayon ərazisində yaşayan tənha, ehtiyacı olan ailələr gənclər tərəfindən ziyarət olunub, onlara gündəlik zəruri ərzaq məhsullarından ibarət sovqat təqdim edilib. Gənclər ziyarət zamanı həmin insanlarla səmimi söhbətlər edib, evlərində müəyyən təmizlik,səliqə-səhman işlərinin aparılmasına kömək ediblər.


















