Bakıda mənzildə 52 yaşlı qadının meyiti tapılıb.
Bineqedi.info saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Yunusova Vlada İslamovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər