Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Uşaq Fondu Binəqədi filialının birgə təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə, xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında “Bacarıqlı əllər” müsabiqəsinə start verilir.
Bineqedi.info saytı müsabiqənin keçirilməsi qaydalarını təqdim edir:
– Müsabiqədə yalnız xüsusi qayğıya ehtiyyacı olan yeniyetmə və gənclər iştirak edə bilər;
– Hazırlanan əl işlərinin (tikmə, milli tikmə, toxuma, muncuqla işləmə, bədii oyuncaq, şüşə üzərində rəsm, kağız və ya kətan üzərində rəsm əsərləri, kağızdan bədii konstruksiya-oriqami və s.) fotoşəkilləri 10 dekabr 2020-ci il, saat 17:00 qədər +994772280070 telefon nömrəsinə (whatsapp) göndərilməlidir;
– Fotoşəkilləri göndərərkən müəllifin adı, soyadı, atasının adı mütləq şəkildə qeyd edilməlidir;
– Hər iştirakçı yalnız bir əl işi ilə müsabiqədə iştirak edə bilər;
– Seçilmiş əl işlərinin müəllifləri Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılacaqlar.
QEYD: Təltifetməyə gələrkən müəllif hazırladığı əl işini və şəxsiyyəti təsdiq edən sənədi mütləq şəkildə özü ilə bərabər gətirməlidir.
Bineqedi.info