Binəqədidə dəm qazından ölüm hadisəsi baş verib.
Bineqedi.info saytı xəbər verir ki, hadisə dekabrın 9-u saat 12:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Quluyev Pərviz Müzəffər oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Binəqədinin Biləcəri qəsəbəsində isə 41 yaşlı qadın dəm qazından boğulub.
1 May küçəsində yaşayan 1979-cu il təvəllüdlü Məşuqə Vəliyeva evində dəm qazından boğularaq ölüb.
Faktlarla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Bineqedi.info