Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Bineqedi.info xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycan və Türkiyə prezidentləri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan və Türkiyə dövlət başçıları “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Türk Şəhidliyini də ziyarət ediblər.
Bineqedi.info