Gənclər Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi ilə görüşüblər

0
55

Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin (PXTM ) birgə təşkilatçılığı ilə “Diplomatiya Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib.

Bineqedi.info xəbər verir ki, tədbirdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə ziyarət edən gənclərin rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənovla görüşü təşkil edilib. Əvvəlcə çıxış edən idarə rəisi könüllüləri salamlayaraq, onları Binəqədi rayonunda gənclər və idman sahəsində keçirilən tədbirlərdə fəal iştirak etməyə dəvət edib. R.Həsənov daha sonra qeyd edib ki, gənclərin fəaliyyət və təşəbbüsləri dövlətimiz tərəfindən dəstəklənməkdədir. Bu isə öz növbəsində gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb. Daha sonra Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi “Gənclərlə iş şöbəsi”nin rəhbəri Həlimə Tağıyeva və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Amal Əsgərov təşkil edilən görüşə görə təşəkkürlərini bildiriblər, PXTM-nin fəaliyyəti və “Diplomatiya Akademiyası” layihəsi haqqında ətraflı məlumat veriblər. Tədbir zamanı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova və Binəqədi Gənclər Evinin metodisti Toğrul Cəfərov təmsil etdikləri qurumların xidmətləri və fəaliyyəti barədə geniş məlumat veriblər. Gənclərə bu fəaliyyətlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Görüş bitdikdən sonra rayon Gənclər və İdman idarəsinin kollekivi və tədbirdə iştirak edən gənclər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə istehsal olunmuş “Ulu Öndər” sənədli filminin və eyni adlı mahnının təqdimat mərasimində iştirak ediblər.

Əvvəlki məqaləSu nasosunu düzəltdirmək adı ilə evdən çıxdı – AXTARILIR
Növbəti məqalədəİstirahət parkında təmizlik işləri aparılır – Fotolar