Binəqədidə Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib – Videokonfrans

0
58
11 dekabr 2020-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Müstəqil vətənin memarı” adlı videokonfrans formatında anım tədbiri keçirildi.
Bineqedi.info saytı xəbər verir ki, tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin hazırladığı ulu öndər Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Müstəqil vətənin memarı” filmi nümayiş etdirildi. Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik, tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən – məhz Onun birinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan sabitlik məkanına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlıdır. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Ulu öndərin vəfatından ötən 17 ildə Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bu günümüz üçün möhkəm təməl yaratdığını əsaslı şəkildə diqqətə çatdırır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Daha sonra məruyzə ilə çıxış edən ”İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunun zaman və məkan anlayışına sığmadığını bildirdi. Natiq ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşliyin hələ gənc yaşlarından özünü göstərdiyini qeyd etdi. Məhz ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalandığını, Yeni müqavilələr və kontraktların ölkəmizin iqtisadiyyatının güclənməsinə səbəb olduğunu bildirdi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Məhz o islahatların parlaq nəticəsidir ki, bu gün Azərbaycan işğalçı Ermənistan üzərində qətiyyətli qələbə qazandı. İşğal altında olan tarixi torpaqlarımız işğaldan azad edildi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ulu öndər siyasi kursunun layiqli davamçısı kimi tariximizdə əvəzsiz zəfərə imza atdı.
bineqedi-anim-tedbiri
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova 28 illik Qarabağ həsrətimizə son qoyan, Qələbə sevincini bizə yaşadan Ali Baş Komandanımız cənab İlham Əliyevə, müzəffər ordumuza təşəkkürünü bildirərək Şəhidlərimizə ulu Tanrıdan rəhmət, ailələrinə səbr diləyərək qazilərimizə tez bir zamanda sağlıqlarına qovuşmağı arzu etmişdir. Çıxışına davam edən natiq qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir. Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca, daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək xalqımızın böyük xilaskarı olmuşdur. O, canından artıq sevdiyi döğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət etmişdir.Bu gün biz fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.
bineqedi-anim-tedbiri
Dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsindən söhbət açan digər çıxışçılar vurğuladılar ki, müdrik dövlət xadiminin istər sovet, istərsə də müstəqillik illərində xalqına, onun gələcəyinə həsr etdiyi ömür, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması istiqamətində atdığı qətiyyətli addımlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. Tədbirdə Azərbaycan Milli Aerokosmik Agentliyin baş direktorun müəavini, Ərazi ilk partiya təşkilatının sədri professor Tofiq Süleymanov çıxış edərək Azərbaycanda hərbi sənaye kompleksinin və aerokosmik sənayenin yaradılmasının Ulu Öndərin adı ilə bağlı olduğunu bildrərək bu sahədə Ümumilli liderimiz Heydər Əliyevin xidmətlərindən söhbət açdı. Sonda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbirə yekun vurdu.
Əvvəlki məqaləZibil atmaq üçün icazə almalıyıq? – Rəsmi açıqlama
Növbəti məqalədə“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların NƏZƏRİNƏ