Vilayət Eyvazov Binəqədi rayon DYP Şöbəsinə yeni rəis təyin edib

0
250
bineqedi-dovlet-yol-sobesi

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edib.

Bineqedi.info xəbər verir ki, nazirin əmri ilə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cəmşid Hənifəyev bundan əvvəl Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bineqedi.info

Əvvəlki məqaləÜmumrespublika Forumunun onlayn Binəqədi rayon toplantısı keçirilib
Növbəti məqalədəBu simptomlu xəstələrə evdə nəzarət edilir