Ermənistanın Sünik vilayətinin Sisian şəhərində bir kilsə keşişi Baş nazir Nikol Paşinyanla əl sıxmaqdan imtina edib.
Bineqedi.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Sisianda yerləşən “Müqəddəs Qriqori kilsəsi”ndə dini ayinə qatılıb.
Dini ayin zamanı kilsənin keşişi Paşinyanın yanında dayanmayıb.
Paşinyanın feysbuk səhifəsində paylaşılan canlı yayımdakı bir kadrda Paşinyanın kilsədə şam qoyduqdan sonra keşişə yaxınlaşıb salamlaşmaq üçün əlini uzatdığı əks olunub.
Bundan sonra Paşinyan kilsəni tərk edib.
Bineqedi.info