Binəqədi rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti YaşıllaşdırmaTəsərrüfat Birliyinin dəstəyi ilə Dərnəgül Yaşayış Massivi ərazisində ölkədə tətbiq olunan karantin rejimi qaydalarınauyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilib.
Bineqedi.info xəbər verir ki, ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Bakı Şəhərİcra Hakimiyyəti və RİH başçısı Aparatının məsuləməkdaşları, YAP Binəqədi Rayon təşkilatının rəhbərliyi iştirak edib.
İctimaiyyət nümayəndələri ümumilikdə 3000-dən çox müxtəlif növ ağac əkiblər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılıb.
Bineqedi.info