AQTA bağçalarda monitorinqlərə başlayıb

0
42

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bağçalarda monitorinqlərə başlayıb.

Bineqedi.info  APA-ya istinadla xəbər verir ki,  xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, ilkin olaraq 400 bağçada monitorinqlər aparılacaq: “Amma bağçaların sayı arta bilər. Hazırda Azərbaycanın bütün regionlarında seçmə üsulu ilə hər bir rayonu, şəhəri əhatə edən bağçalarda yoxlamalar aparılır. Bu monitorinqlər təqribən 3 ay müddətinə davam etdiriləcək”.

AQTA sədri qeyd edib ki, monitorinqin nəticələri ilə bağlı sonda ictimaiyyətə geniş açıqlama veriləcək: “Monitorinq böyüməkdə olan nəslə, balalarımıza verilən qida məhsullarının həm keyfiyyət, həm də təhlükəsizlik göstəricilərinin yüksək səviyyədə olması, eyni zamanda da Səhiyyə Nazirliyi ilə birgə məktəbəqədər uşaqların düzgün qidalanmasının təmin olunması məqsədini daşıyır”.

Əvvəlki məqaləXocasən bələdiyyəsi altı ay ərzində…
Növbəti məqalədəAzərbayycanda süni intellekt vasitəsilə onkoloji xəstələr müəyyən ediləcək – YENİ METOD