Binəqədi Rayon İcra Hakimiyyəti sahibkarın iddiasına cavab verdi

0
46
bineqedi-rayon-icra-hakimiyyeti1

Bakıda sahibkar icra hakimiyyətindən şikayət edib.

Bineqedi.info saytı xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda vətəndaş Binəqədi Rayon İcra başçısının şəhidlərin məzar daşlarının hazırlanmasını sahibkarların üzərinə qoyduğunu iddia edir.

Özünün Qarabağ qazisi olduğunu deyən şəxs beş ildir 222 min manat pul ödəyib aldığı ərazidə işləməyə imkan verilmədiyini və ona biri 370 manat olan 40 ədəd zibil konteyneri aldırıldığını iddia edir.

Rayon icra hakimiyyətinin Mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Rəşid Əmirlinin iddiası həqiqəti əks etdirmir:

“Sözügedən iddia ilə əlaqədar olaraq bildiririk ki, AR Şəhərsalma və Arxitektura Komitəsinin 23 sentyabr 2020 tarixli 04\02-1963 saylı məktubu ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 10 may küçəsinə gedən yolda, qəbiristanlığın hasarına bitişik (qaz xəttinin mühafizə zolağında) 30 kv.metr sahədə metal konstruksiyalardan quraşdırılma işlərinin və 150 kv.metr sahədə betonlanma işlərinin qanunsuz aparılmasının müşahidə olunması barədə məlumat daxil olub.

Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və qanunsuz zəbt etmənin qarşısının alınması ilə bağlı yerində tərtib edilmiş akt RİH-nə göndərilib. R.Əmirli tərəfindən torpağa dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Vətəndaşa özbaşına quraşdırılmış metal konstruksiya işlərinin dayandırılması və sahənin əvvəlki vəziyyətinə qaytarılması tövsiyə edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə imtina edərək, əssasız iddalar irəli sürüb.

Məlumat üçün bildiririk ki, müvafiq qaydaların tələblərinə uyğun olaraq özü tərəfindən qanunsuz şəkildə quraşdırılmış metal konstruksiyalar sökülüb. 12 yanvar 2021-ci il tarixində vətəndaş Rəşid Əmirli rayon rəhbərliyi tərəfindən qəbulda olarkən ona qanunvericiliyin tələbləri izah olundu və vətəndaş gələcəkdə müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə söz verdi. Odur ki, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən iddia olunan “beş şəhid məzarının üstünün götürülməsi” tələbi isə həqiqəti əks etdirmir”.

Əvvəlki məqaləBinəqədidə daha bir şəhidin məzarı ziyarət olundu – Fotolar
Növbəti məqalədəKİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edildi