Prezidentlə xanımı Füzuli və Şuşada

0
39
prezident-susada

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş torpaqlara gedib.

Bineqedi.info xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Dövlət başçısı ailəsi ilə Şuşadakı məscidi ziyarət edib. Prezident məscidə “Qurani-Kərim” kitabı bağışlayıb. Daha sonra İlham Əliyev və ailəsi məsciddə dualar ediblər.

Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya qaytarılıb.

İllərdir “Güllələnmiş heykəllər” adlandırılan Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəlləri  Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna geri qaytarılıb.

uzeyir-heykel-susada

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə evlərdən 6 min manatlıq oğurluq edən şəxs tutuldu
Növbəti məqalədəBinəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb – Fotolar