Binəqədi rayonunda 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn “Şahmat” turniri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18-21 yanvar 2021-ci il tarixlərində 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn “Şahmat” turniri keçirilib.
“Şahmat” turnirinin nəticəsinə əsasən 1-ci yeri “Qarabağ” komandası , 2-ci yeri “Xarı Bülbül” komandası, 3-cü yeri “Odlar Yurdu” komandası tutub.
Bineqedi.info