“Müəllimlərin maska, və ya üz sipərində dərs keçməsi vacibdir. Şagirdlər isə məktəb daxilində valideyn və ya özlərinin mülahizəsinə əsasən maska taxa və ya taxmaya bilərlər. Əsas odur ki, fiziki məsafəni qoruyaq”.
Bineqedi.info xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Real TV”nin efirində qonaq olarkən bildirib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur. İbtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir. Belə ki, 1-4-cü siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpasına qərar verilib.
Bineqedi.info