Binəqədidə dəmirəritmə sexində baş vermiş partlayışla bağlı rəsmi məlumat

0
68

Bakı şəhəri, Binəqədi rayonu ərazisində dəmirəritmə sexində yanğınla nəticələnən partlayış baş verib.

Bineqedi.info saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və sex yanğından mühafizə olunub. Yanğın nəticəsində ümumi sahəsi 9 kv.m olan nasosxananın yanar konstruksiyaları, elektrik  kabeli 3 p.m, ərazidə mazut qalıqları 60 kv.m sahədə və 2 ədəd 50 litrlik propan qaz balonu yanıb, partlayışın zərbəsindən nasosxananın divarları dağılıb.

Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Əvvəlki məqaləBinəqədidə kişi ayağından bıçaqlandı
Növbəti məqalədəPensiyalar nə qədər artdı?